Hacı Əliyev dünya çempionatını medalsız başa vurdu

15:35 | 20 Sentyabr, 2019

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Hacı Əliyev növbəti təsəlliverici görüşünə çıxıb.

Editor.az qol.az-a istinadən xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan idmançımızın rəqibi dünya çempionu Takuto Otoquro (Yaponiya) olub.

3 qat dünya və 3 qat Avropa çempionumuz 9:11 hesabı ilə uduzaraq, lisenziya və medalsız qalıb.