İlham Əliyev bu xanımı icraçı direktor təyin etdi – SƏRƏNCAM

17:44 | 20 Sentyabr, 2019
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilib.
Editor.az xəbər verir ki, bu barədə ölkə başçısı İlham Əliyev sərəncam imzalayıb və sənəddə deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Mehriban Natiq qızı İmanova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilsin”.