“Məni heç kim həbs edə bilməz” – Poroşenko

12:44 | 22 Sentyabr, 2019

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko yeni hökumətin, o cümlədən dövlət başçısı Vladimir Zelenskinin onu həbsxanaya sala bilməyəcəyinə əmin olduğunu açıqlayıb.

Editor.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “112 Ukrayna” nəşri yazıb.

“Mənim siyasi qüvvəm heç kimdən və heç nədən qorxmur”, – Poroşenko bildirib.

Yeni hakimiyyəti “oğlanlar” adlandıran Poroşenko uzun illər ərzində çoxlarının onu həbs etdirmək arzusunda olduğunu, lakin onlarda alınmadığını qeyd edib.

Mövzunu Facebookda şərh et