Pentaqon: İŞİD-in Əfqanıstan özəyinin başçısı məhv edilib

01:09 | 15 İyul, 2017

İŞİD terror təşkilatının Əfqanıstan özəyinin başçısı Əbu Sayed məhv edilib.
bunu Pentaqonun mətbuat katibi Dana Uayt bəyan edib.
Onun sözlərinə görə, Əbu Sayed həftənin əvvəlində Kunar əyalətində endirilən zərbə nəticəsində öldürülüb. Onunla birgə bir neçə digər İŞİD üzvünün məhv edildiyi bildirilir.
//APA

Mövzunu Facebookda şərh et