Məşhur aktrisa Monika Belluççi imicini dəyişib.

13:27 | 24 Sentyabr, 2019

Belluççi yeni görünüşü ilə heyran edib.

Aktrisanın ilk qərarı uzun saçlarını qısa saç düzümü ilə əvəz etmək olub.

Bu yaxınlarda o, Milanda keçirilmiş “Dolce & Gabbana” gecəsində iştirak edib.

Monikanın transparan geyimi isə ona xüsusi gözəllik verib. O, geyindiyi kostyumu şəffaf qara bluzu ilə tamamlayıb.

Aktrisanın yeni imici pərəstişkarları tərəfindən çox bəyənilib. Onlar Belluçinin 10 yaş gəncləşdiyini vurğulayıb.

Mövzunu Facebookda şərh et