Azərbaycanda gənc narkotikadan öldü

16:51 | 24 Sentyabr, 2019

Sumqayıt sakini yüksək dozalı narkotikin təsirindən ölüb.

Editor.az apa-ya istinadən xəbər verir ki, şəhər sakini, 24 yaşlı Qarabəyli Valeh Vidadi oğlunun meyiti Sumqayıtdakı zavodlardan birinin sanitar qovşağında aşkar edilib.

İlkin ehtimala görə, o, yüksək dozada narkotikin təsirindən ölüb.

Faktla bağlı araşdırma aparılır.