Kolumbiyada universitetdə partlayış: 5 nəfər yaralandı

11:12 | 26 Sentyabr, 2019

Kolumbiyanın paytaxtı Boqotada yerləşən universitetdə partlayış olub.

bu barədə “El Tiempo” qəzeti bildirib.

Məlumata əsasən, partlayış nəticəsində ən azı 5 nəfər xəsarət alıb.

Hadisə günün ikinci yarısında Boqotanın şimalında yerləşən pedaqoji universitetdə baş verib.

Şəhər hakimiyyəti və universitet rəhbərliyi istintaqa başlayıb. İlkin məlumatlara görə, hadisəyə səbəb əldəqayırma partlayıcı qurğunun işə düşməsi olub.

//Trend

Mövzunu Facebookda şərh et