Baş Nazir gələn ilin büdcəsinə rəy verdi

10:26 | 27 Sentyabr, 2019
Nazirlər Kabineti  “Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında qərara rəy verib. 
Editor.az xəbər verir ki, Baş Nazir Novruz Məmmədov tərəfindən imzalanan sənəddə sözügedən layihələr bəyənilib.
Qərara alınıb ki, “Büdcə sistemi haqqında” qanunun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə prezidentə təqdim edilsin.