“Yanğının qarşısı alınıb” – Balakişi Qasımovdan İTV binasındakı yanğınla bağlı açıqlamabackend

“Yanğının qarşısı alınıb” – Balakişi Qasımovdan İTV binasındakı yanğınla bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün axşam saatlarında İctimai Televiziya və Radio Yayımları Şirkətinin binasında yanğın hadisəsi baş verib.

Şirkətin baş direktoru Balakişi Qasımovun  verdiyi məlumata görə, yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğının qarşısı alınıb.

İTV-nin rəhbəri saytımıza verdiyi açıqlamada göstərdikləri operativliyə görə müvafiq qurumlara təşəkkürünü də bildirib.

İlkin ehtimallara görə, yanğına elektrik naqillərində baş verən nasazlıq səbəb olub. Yanğının dəqiq səbəbi araşdırmadan sonra məlum olacaq.