backend

Məşhur klinika haqda şok ittihamlar: Baratın “Güven”inə güvənmək olarmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baratın “Güven”inə güvənmək olarmı?Paytaxtın Binəqədi rayon ərazisində fəaliyyət göstərən “HB Güven” klinikası tez-tez efirdə reklam olunur
 
klinikanın sahibi Barat adlı şəxs olsa da, Türkiyədən gətirilmiş həkim Öndər Turumbacı ilə piarı gedir. Bu tibb mərkəzinin fəaliyyətində ən çox narazılıq qiymətlərin yüksək olmasıdır.
Klinikada qeydiyyatdan keçmiş pasientlər hər müraciətində ödəniş etməlidir və heç bir güzəşt nəzərdə tutulmur. Əsasən də UZİ müayinəsinə gələnlər hər səfərində 50 manat ödəniş etməli olurlar.
Eyni zamanda kiçik bir ginekoloji əməliyyat, qeysəriyyəyə hazırlıq dövrünə qədərki tikiş qoyulması proseduru üçün 500 manat alırlar. Klinikanın girişindəki kassaya ödəniş etmədən müayinə qeyri-mümkündür ki, bura daha çox bazarı xatırladır.
Bir haşiyəyə çıxaraq onu da demək yerinə düşər ki, “Güvən”də heç də həyatımız güvəndə deyil. Çünki mühafizə sıfır səviyyəsində təşkil olunub.
İçəri bir silahlı və yaxud bir cinayətkar daxil olmaq istəsə, asanlıqla bunu həyata keçirə bilər. Nə bir mühafizəçi var, nə klinikaya gələn şəxsdən yuxarı niyə çıxmaq istədiyini soruşan var.
internet resurslarında Barat müəllimin direktoru olduğu “Güvən”dən şikayətlər var. Bu da o rəyi yaradır ki, klinikanın reputasiyası heç də müsbət deyil.
Məsələn, Sadıqova Həlima Qaraş qızı normal təbii istəyinin – övlad sahibi olma arzusunun qurbanı olduğunu deyib.
Dia.az-da getmiş yazıda şikayətçi bildirib ki, onu , Öndər Tulumbaci əməliyyat edib: “Amma sonradan UZİ-dən keçəndə aydın olur ki, mənim üzərimdə heç bir əməliyyat aparılmayıb. Yəni heç bir tibbi müdaxilə olmayıb. Sadəcə kəsiblər və tikiblər”.
Mediada gedən başqa bir fakta diqqət edək: “Baku Medical Plaza” klinikasında paytaxt sakini İrina Makarova qeysəriyyə əməliyyatı keçirib. Əməliyyatı Öndər adlı həkim keçirib. Həmin Öndər həkim ki, “HB Güven” klinikasında çalışır.
Əməliyyat təxminən 5 saat davam edib. Bu müddət ərzində İrinanın əməliyyatı və onun vəziyyəti barədə heç bir məlumat verilməyib. Şok təfərrüatlar əməliyyatdan sonra məlum olub.
Həkim düzgün əməliyyatı aparmadığını anladıqdan sonra klinikadan qaçıb. Daha sonra məlum olub ki, həkim əməliyyat zamanı cərrah bıçağıyla əkiz körpələrdən birinə toxunub.
Uşağın üzərindəki kəsiyin uzunluğu 2 sm, dərinliyi isə 0,3 sm olub. Bu kəsik uşağın həyatı üçün ciddi risk təşkil edir.
İrina Makarov əməliyyat zamanı çox qan itirib. Üç gün ərzində yaxınları və qohumları ona qan verib. Ancaq buna baxmayaraq qadında daxili qanaxma dayanmayıb. Əməliyyatdan iki gün sonra İrina gözlərini açıb.
Qohumları ümid edirdi ki, ən pis hadisə geridə qalıb. Amma qadının vəziyyəti sonradan yenə pisləşib. İrina uğursuz əməliyyata görə yumurtalıq və uşaqlığını itirib. Ola bilsin ki, İrinaya dördüncü dəfə əməliyyata girmək lazım gələcək.
Ginekoloq Öndər hadisədən sonra gizlənib. Bu detallardan sonra Barat müəllimin klinikasına nə dərəcədə etibar etmək olar, bir söz demək çətindir. Üstəlik, sonsuzluğu müalicə etməsi ilə reklam olunan və efirdə tez-tez piarı gedən Öndər həkim haqda virtualaz.org-da da ittihamlar var. 9 ildir müalicə alıram.
Biri deyir övladının olmaması genetik faktorla bağlıdır. O biri deyir səndə kişi hormonları qadın hormonlarından çoxdur. Başqası da infeksiya nəticəsində uşağımızın olmadığını bildirir…
Ulus.Az xəbər verir ki, bu sözləri virtualaz.org saytının müxbiri ilə söhbətində “HB Güven” klinikasının qarşısında səbirsizliklə növbə gözləyən 27 yaşlı Bakı sakini Gülnarə Məmmədova deyib.
Sonsuzluq problemi ilə üzləşən gənc qadın söyləyir ki, reklamlara aldanaraq müxtəlif özəl klinikalara müraciət edib.
Buna görə də indi nə reklamlara, nə də tərifi dillər əzbəri olan mütəxəssislərə inanmır. Gülnarə Məmmədova bizim “bəs Öndər Tulumbacı, onu haradan tanıyırsınız” sualımıza “televiziyada görmüşük” deyə cavab verir.
…Və 9 ildir övlad həsrəti çəkən cütlük az sonra bu həkimin qəbulundan da gözüyaşlı çıxır. Hər halda klinika həm qeyd etdiyimiz halları, həm də mətbuatda gedən məsələləri bilməmiş deyil.
Eyni zamanda Barat həkimi həyat yoldaşının rəhbəri olduğu klinika barədə də araşdırma aparırıq. Bununla belə, klinikanın mövqeyini də dərc etməyə hazırıq.
//Ulus.Az