İran prezidentinin qardaşı həbs edildi – BEŞ İL

21:45 | 1 Oktyabr, 2019

İran məhkəməsi ölkənin hazırkı Prezidenti Həsən Ruhaninin qardaşı Həsən Fereydunu korrupsiyaya görə beş il həbs cəzasına məhkum edib.

Bu barədə çərşənbə axşamı İran Ali Məhkəməsinin rəsmi nümayəndəsi Qolyam Hüseyin İsmaili açıqlama verib:

“Həsən Fereydun apellyasiya şikayəti nəticəsində beş il həbs cəzasına məhkum edilib”.

Qeyd edək ki, Fereydun 2017-ci ilin iyulunda həbs olunub. İstintaq ittihamın detallarını tam açıqlamır. KİV-də onun korrupsiyada iştirak etdiyi ilə bağlı məlumat yayılmışdı. Həbs olunduğu vaxt Fereydun İran prezidentinin müşaviri olub.

Diaspora.az