Azərbaycanda ana və azyaşlı qızı itkin düşüb – FOTO

14:18 | 2 Oktyabr, 2019
Ucarda ana və azyaşlı qızı itkin düşüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Editor.az-a verilən məlumata görə, Ucar rayonunun Qaracallı kənd sakini Samirə Xəlilova qızı Zəhra Xəlilova ilə sentyabrın 10-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Ucar Rayon Polis Şöbəsinə 020-213-00-53 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

 

Mövzunu Facebookda şərh et