Ramil Quliyev dünya çempionatında 5-ci oldu

16:00 | 2 Oktyabr, 2019

Azərbaycanlı atlet Ramil Quliyev Qətərdə keçirilən dünya çempionatının finalında 5-ci yeri tutub.

Editor.az komanda.az-a istinadən xəbər verir ki, beynəlxalq yarışlarda Türkiyəni təmsil edən Ramil Qətərin paytaxtı Dohada keçirilən turnirdə 200 metr məsafəyə qaçışda 20,7 dərəcə ilə beşinci yerin sahibi olub.

Qızıl medalın sahibi isə 19,83 dərəcə ilə Noa Liles (ABŞ) olub.