Polisin keçirdiyi əməliyyatdan şok görüntülər: Qadın gündə 70 kişi ilə intim münasibətdə olurmuş (VİDEO)

16:17 | 2 Oktyabr, 2019

Türkiyədə fahişəlik xidməti göstərən qadınlara qarşı böyük miqyasda əməliyyat keçirilib. 

Editor.az“haberler.com” saytına istinadən xəbər verir ki, əməliyyat zamanı bir sıra xarici ölkə vətəndaşları,o, cümlədən Azərbaycanlı qadınlar da saxlanılıb.

Mətbuatın yazdığına görə, Ankarada baş tutan əməliyyat zamanı polis mənzildə qarşılaşdığı mənzərədən şoka düşüb. Qadınları gün ərzində 70 kişi ilə intim münasibətə məcbur edən şəxs iş başında tutulub.

Türkiyə polisi əməliyyatın videosunu yayımlayıb.

Araşdırma zamanı məlum olub ki, qadınları kişilərlə pul qarşılığında intim münasibətə məcbur edən şəxs Ayten Aksütü adlı qadındır.

O, yaşadığı villada saxlanılıb. Əməliyyat zamanı daha 9 nəfər həbs olunub.

Fahişələrin hiyləsi polisi şoka saldı…

İlkin araşdırma zamanı məlum olub ki, qadınları villada kişilərlə pul qarşılğında görüşdürən qadın evin qapısına kamera quraşdırıbmış.

O, bu yolla həm mənzilə daxil olan şəxslərin sayını, həm də görüntüsünü qeydə alırmış.O, kameranı cib telefonu ilə idarə edir və qadınlara tapşırılqarını verirmiş.

Həmçinin yataq otaqlarında da gizli kamera quraşdırıldığı üzə çıxıb. Onlar bu vasitə ilə həmçinin polisin əraziyə yaxınlaşmasından əvvəlcədən xəbər tutmaq məqsədi ilə istifadə ediblər.

Əməliyyatın videosunu təqdim edirik: