backend

Prezidentliyinin ilk altı ayında Trampın reytinqi ölkə tarixində ən aşağı həddə olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trampın altı aylıq fəaliyyətini amerikalıların yalnız 36 faizi bəyənir.
 
bu barədə “ABS News” və “The Washington Post”-un apardığı sorğunun nəticələrində bildirilir.
Bu, son 70 ildə ən aşağı göstəricidir.
Respondentlərin 58 faizi Trampın fəaliyyətini bəyənmədiyini bildirib. Buna qədər prezidentliyinin ilk altı ayında ən aşağı göstərici 1975-ci ildə prezident Cerald Forda məxsus olub – 39 faiz.
Barak Obama və kiçik Corc Buşun fəaliyyətini ilk altı ayda 59 faiz bəyənib.
Respondentlərin 63 faizi Trampın rəqibi Hillari Klinton haqqında kompromat toplamaq üçün onun oğlunun rusiyalı vəkillə görüşünü yersiz hesab edir.
Daha 60 faizin fikrincə, Rusiya ABŞ-da prezident seçkilərinin nəticələrinə təsir göstərməyə cəhd edib, 67 faiz isə düşünür ki, Trampın komandası bu məsələdə Rusiyaya yardım göstərib.
//APA