“Toya hazırlaşan” azərbaycanlı məşhur HƏR KƏSİ ALDATDI – 12 yaş kiçik sevgilisi… – FOTO

13:39 | 4 Oktyabr, 2019

“Samirə xanım, evliliklə bağlı xəbərləri efirdə çox qabartdınız. Sizinki hələ həci deyil?”

Bu sual ilə aparıcı Tarix Əliyev (Tolik) “Hər şey daxil”də qonağı Samirə Yusifqızına müraciət edib.

Samirə cavabı ilə təəccübləndirib:

“Yox əşi, nə həci, nə kəbleyi?! Qardaş kanalların birində serial çəkildi. Mən orada gəlin paltarında olmalı idim. Bu gəlin paltarında olan şəkilimi hamı paylaşdı. Söhbət çıxartdılar ki, Samirə ərə gedir. Amma belə şey yoxdur. Mən ərə getmirəm, boş söhbətdir! Bunu başqa yerdə açıqlamamışam. Sözün düzü İsçevrədə bir vətəndaş var idi, evlilik təklifi etmişdi. Amma azərbaycanlı idi. Mən qəbul etmədim”.

Qeyd edək ki, Samirə açıqlamalarında özündən 12 yaş kiçik şəxslə sevgili olduğunu bildirmişdi. İfaçı “Səhər-səhər” verilişində demişdi ki, yenidən ailə qurmaq istəyir:

“Oğlumun da, qızımın da ayrı evi var. Niyə ailə qurmayım ki? Bu, o demək deyil ki, qadının kişisi olmalıdır. Yox, xanımın yanında qulaq yoldaşı olmalıdır. İndi ərə gedənlər məndən artıqdır ki? Camaat 60-65 yaşında ərə gedir, mənim hələ 50 yaşım yoxdur. Niyə də ailə qurmayım?”

Xatırladaq ki, Samirə Yusifqızının ilk həyat yoldaşı vəfat edib. Onun bir qızı və bir oğlu var. Övladları evlidir.