National Interest jurnalı: ABŞ İran qarşısında acizdirbackend

National Interest jurnalı: ABŞ İran qarşısında acizdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İranın uzaq mənzilləri vurmaq imkanına malik olan raketləri qarşısında acizdir.

bu fikir ABŞ-ın “National Interest” jurnalında dərc olunan məqalədə yer alıb.

Jurnal ABŞ və İranın hərbi qüvvələrini müqayisə edərək yazır ki, ABŞ-ın Yaxın Şərqdə hərbi bazaları var. Lakin İran bu bazaların hamısını uzaq mənzilləri vurmaq imkanına malik olan raketləri ilə qısa zamanda məhv edə bilər. Jurnal yazır ki, İran ballistik raketlərin istehsalını davam etdirir. Bu raketlər asanlıqla ABŞ-ın Fars körfəzi və Oman dənizindəki hərbi gəmilərini vura bilər. Bundan başqa, İran nüvə başlıqlı raketlərin də hazırlanmasına başlayır ki, bu da ABŞ üçün təhlükəlidir.

Jurnalda dərc olunan məqalədən belə aydın olur ki, ABŞ İranın hərbi potensialından çəkindiyi üçün hərbi əməliyyatlara başlamır. Bu gün İran ordusu dünyada ən güclü 5 ordudan biridir. İranın hərbi potensialı Yaxın Şərqdə baş verə biləcək böyükmiqyaslı hərbi qarşıdurmanın qarşısını alan faktlardan biridir. Rəsmi Tehranın hərbi doktrinası müdafiə xarakterlidir. Lakin təhdidlər və İrana qarşı münasibətin birmənalı olmaması onu güclü ordu yaratmağa vadar edib.

//Azertac