Xalq artistinin 550 dollarını götürən şəxs TUALETİN PƏNCƏRƏSİNDƏN QAÇIB – FOTO

12:16 | 7 Oktyabr, 2019

1973-cü ildə mən getdim Moskvada yaşayım. Gördüm yox, mümkün deyil.

bu sözləri Xalq artisti Cavan Zeynallı “Hər şey daxil”in efirində deyib.

Cavan Rusiyada yaşamağın ona baha başa gəldiyini bildirib. Xalq artisti tez-tez Moskvada fırıldaqçıların qurbanı olduğunu etiraf edib:

“Rəşid Behbudovla Latın Amerikasına getmişdik. Oradan məndə 550 dollar qalmışdı. Moskvada “Kitay” restoranında oxuyurdum. Mən də həmin pulu cibimə qoymuşam. Orada bir tamaşaçı oturmuşdu. Çağırdı masasına məni ki, “Nə gözəl oxuyursunuz. Mən özüm təyyarəçiyəm. Bütün dünyanı gəzirəm”. Mənim başımı aldadıb o pulları aldı məndən. Dedi tualetə gedim, indi gəlirəm. Paltosunun nömrəsini də verib mənə. Mən də dayanmışam. Yarım saat keçdi, çıxmadı. Axırda getdim qapını açdım, gördüm pəncərə açıq, oradan qaçıb”.