Suriyanın şimalında partlayışlar törədilib, ölən və yaralılar var

22:01 | 7 Oktyabr, 2019

Suriyanın şimalında iki partlayış törədilib.

Editor.az APA-ya istinadən xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

Bildirilib ki, partlayışlar Çobanbəy və Azez bölgələrində qeydə alınıb.

Hər iki partlayış nəticəsində ümumilikdə 1 nəfər ölüb, 18 nəfər yaralanıb.