backend

Şəbnəm Tovuzlu qəzaya düşdü: vəziyyəti orta ağırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gecə Gəncədən Bakıya qayıdarkən müğənni Şəbnəm Əsədova Bakı-Qazax yolunda qəzaya uğrayıb.
Qəflətən qarşılarına çıxan “VAZ 2107” avtomobili ilə toqquşan “Mercedes Viano” maşınında müğənnidən əlavə prodüseri və sürücüsü olub.
Təcili özəl xəstəxanalardan birinə yerləşdirilən zərəçəkmişlərdən – sürücü və prodüserin vəziyyəti orta, müğənninin isə orta ağır qiymətləndirilir.
Müğənninin şok yaşadığı deyilir.
Daha sonra reanimasiyaya yerləşdirilən Şəbnəm Əsədovanı görmək istəyən həyat yoldaşı – müğənninin yanına buraxılmadığı üçün klinikanın personalı ilə dalaşıb.
Xatırladaq ki, bugün Şəbnəm Əsədovanın Mingeçevirdə “Sərin, sərin” adlı solo konserti baş tutmalı idi./Big.az