“Balam ölsün” deyir, var-yox söyüşü söyür” – “Maşın”dan göndərilən Namiq sirləri açdı

13:24 | 8 Oktyabr, 2019

Ötən axşam “Maşın” şouda aktyor Məcid Hüseynov SMS səsverməsinə çıxarılıb. O, 56,67 faiz səs toplayaraq şouda qalmağı bacarıb və aşıq Namiq Fərhadoğlunu yarışmadan uzaqlaşdırıb. 

“Yeni Sabah” xəbər verir ki, yarışmadan sonra Məcid və Namiq açıqlama verib. Məcid aşıqdan halallıq istəyib. Lakin məsələ bununla qapanmayıb.

Maraqlısı budur ki, bir-biri ilə dost kimi görünən, birlikdə müsbət mesajlar verən tərəflərin heç də belə olmadığı üzə çıxıb. Belə ki, bu açıqlamalardan sonra aşıq Namiq sosial şəbəkədə video yayaraq Məcidlə bağlı şok sözlər bnildirib:

“Azərbaycan xalqı, Murad Dadaşov, sizə təşəkkür edirəm. 7 gün ərzində mən zövq aldım. Amma oradakı saxta insanlar, Məcidin oradakı saxtakarlıqları…  Azərbaycan kişisi kişi kimi olmalıdır. Bir dəmir parçasına görə “Balam ölsün”  deyir. Var-yox söyüşü söyür. Deyir şəklimi at, səni çıxarmayacağam, sonra da məni çıxarır. Adımı çəkib mübarizə aparsa idi, mənim üçün problem olmazdı. Bildi ki, mənim adımı çəksə, məm udaram. Yarışın sonunda Aysun onun üstünə getdi, sözündən qaçdı. Buna nə demək olar?  Bu Azərbaycan kişisi üçün yaxşı deyil”.