“Milan” baş məşqçisini qovur

16:33 | 8 Oktyabr, 2019

“Milan” baş məşqçisi Marko Campaolonu qovmaq qərarına gəlib.

Editor.az matc.az-a istinadən xəbər verir ki, bu iddia ilə yerli mətbuat çıxış edib.

Bildirilir ki, rəhbərlik yeni çalışdırıcısını artıq müəyyənləşdirib. Belə ki, Campaolonu “Fiorentina”nın sabiq baş məşqçisi Stefano Pioli əvəz edəcək. Campaolo bir müddət əvvəl istefa göndərilən Cennaro Qattuzonu əvəzləmişdi.

Qeyd edək ki, “Milan” hazırda 9 xalla 13-cü pillədə qərarlaşıb.