ABŞ-dan Türkiyəyə ŞOK TƏHDİD
Türkiyə Suriyanın şimalına əməliyyat təşkil edərsə, cəhənnəmdən gəlmə sanksiyalarla üz-üzə qalacaq.
Editor.az axar.az-a istinadən bildirir ki, bu sözləri amerikalı senator Lindsi Qrehem Tvitter mikrobloqunda yazıb.
“Türkiyə Suriyaya daxil olarsa, Konqresin “cəhənnəmdən gəlmə” sanksiyaları işə düşəcək. Əhatəli, dərin və dağıdıcı sanksiyalardır”, – deyə senator bildirib.
Qeyd edək ki, bundan öncə də Qrehem Türkiyəni sanksiyalarla, NATO-dan çıxarılacağı ilə hədələmişdi.