Azərbaycan millisi Bəhreynə qarşı

12:03 | 9 Oktyabr, 2019

Bu gün Azərbaycan milli komandası yoldaşlıq görüşünə çıxacaq.

Editor.az qol.az-a istinadən xəbər verir ki, yığmamız Bəhreynlə qarşılaşacaq.  Bəhreyn Milli Stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 20:30-da başlayacaq.

FİFA-nın son reytinq siyahısında Bəhreyn yığması öndədir. Hazırda bu komanda 1206 xalla 105-ci pillədə qərarlaşıb. Azərbaycan isə 1191 xalla 109-cudur.