Bakıda 5-ci mərtəbədən atıldığı deyilən 20 yaşlı gənclə bağlı YENİ XƏBƏR

13:50 | 9 Oktyabr, 2019
Bakıda yaşayış binasının 5-ci mərtəbəsindən atıldığı deyilən şəxsin intihara cəhd etdiyi məlum olub.
Editor.az APA-ya istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü Emin Vasif oğlu Əzizov oktyabrın 8-də 5 mərtəbəli binanın sonuncu mərtəbəsindən özünü ataraq intihara cəhd edib. Araşdırmalar zamanı son günlər ərzində onda psixi pozuntular müşahidə olunub.
Hadisədən dərhal sonra hüquq-mühafizə orqanları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Faktla bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.