Putin müşavirini vəzifəsindən azad etdi

23:00 | 9 Oktyabr, 2019

Rusiya prezidenti Vladimir Putin müşaviri Sergey Qlazyevi vəzifəsindən azad edib.

Editor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr prezidentin saytında dərc olunub.

Qeyd edək ki, Qlazyev bundan əvvəl Avropa İqtisadi Komissiyasının inteqrasiya və makroiqtisadiyyat məsələləri üzrə naziri təyin olunub.