Yunker Türkiyəyə çağırış etdi – “Əməliyyatları dayandırın”

23:15 | 9 Oktyabr, 2019

Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Türkiyəni Suriyada təmkinlə hərəkət etməyə və hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

Editor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Avropa parlamentində çıxış edən Yunker bu əməliyyatların müsbət nəticələrə gətirib çıxarmayacağını deyib:

“Türkiyə-Suriya sərhədində təhlüksəziliklə bağlı narahatlıq var. Mən Türkiyəni, eləcə də digər ölkələri təmkinli davranmağa və əməliyyatları dayandırmağa çağırıram. Bu hərbi əməliyyatlar heç də xoş nəticələr verməyəcək”.

Qeyd edək ki, Türkiyə Suriyanın şimalında PKK/YPG və İŞİD terror qruplaşmalarına qarşı “Sülh Pınarı Hərəkatı”na başlayıb.