Yevlaxda 52 yaşlı qadın ağacdan yıxıldıbackend

Yevlaxda 52 yaşlı qadın ağacdan yıxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yevlaxda qoz ağacından yıxılan 52 yaşlı qadın ağır xəsarət alıb.
Editor.az “unikal.org”a istinadən xəbər verir ki, hadisə rayonun Marzılı kəndində baş verib.
Belə ki, qonşu bölgədən bacısının evinə qonaq gələn 1967-ci il təvəllüdlü İsakova Sümayə Sadəddin qızı üzərinə qalxdığı qoz ağacından yıxılaraq ağır xəsarət alıb.
Onun müxtəlif əzik xəsarətləri alması ilə yanaşı, birinci bel fəqərə sümüyü və iki barmağının sındığı da deyilir.
Yaralı xəstəxanaya yerləşdirilərək dərhal əməliyyat olunub.