Bakı-Quba yolunda minik avtomobili yük maşınlarının arasında qaldı: ÖLƏNLƏR VAR

12:53 | 10 Oktyabr, 2019
Bakı-Quba yolunda ağır yol qəzası baş verib. 
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun 52-ci kilometrliyində (Xızı rayonu ərazisindən keçən hissəsində) qeydə alınıb. İkisi yük, biri minik avtomobili olmaqla üç avtomobil toqquşub.
Qəza nəticəsində minik avtomobili yük maşınlarının arasında qalıb. Nəticədə minik maşınında olan 3 nəfər hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.