Kiyevdə həmyerlisini baltalayan azərbaycanlının görüntüləri yayıldı – YENİLƏNİB – FOTO

12:50 | 10 Oktyabr, 2019

Kiyevdə 22 yaşlı azərbaycanlı Cavid Hacıyevi qətlə yetirən şəxsin görüntüləri yayılıb. 

Editor.az oxu.az-a istinadən xəbər verir ki, qatilin görüntüsü binanın girişində yerləşdirilmiş müşahidə kamerasına düşüb.

Prokurorluqdan verilən məlumata görə, qətli törədən 23 yaşlı yaşlı azərbaycanlı hadisədən sonra Ukraynadan qaçıb.

Onun kimliyi açıqlanmır. Hadisənin təfərrüatı da məlum deyil.

Bundan başqa, prokurorluq qətlin oktyabrın 6-da balta ilə törədildiyini, daha sonra isə qatilin cəsədi hamam otağına apardığı müəyyənləşdirib.

 

Kiyevdə 23 yaşlı Azərbaycan vətəndaşı həmyerlisini bıçaqlayaraq öldürüb.

Editor.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Kiyev prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisədən sonra o, cəsədi yandırmaq istəsə də, buna nail olmayıb.

Bina sakinləri evdən kəskin qoxu gəldiyi üçün polisə müraciət edib. Mənzilə daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları qan izləri aşkarlayıblar.

Araşdırma zamanı məlum olub ki, öldürülən şəxs 22 yaşlı Azərbaycan vətəndaşıdır. Bundan başqa, onun üç gün əvvəl qətlə yetirildiyi aydınlaşıb.

Hadisədə şübhəli bilinən şəxs müşahidə kameraları vasitəsilə müəyyənləşib.

Həmçinin, qeyd edilib ki, o, cəsədi yandırmaq üçün mənzilə benzin də gətirib, ancaq istəyini reallaşdıra bilməyib.

Qətlin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar aparılır.

Hadisəni törədən azərbaycanlını yeddi ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.