“Buna görə Azərbaycanın Ermənistanla üz-üzə gəlməsi doğru deyil” – Çeferin

12:58 | 10 Oktyabr, 2019

UEFA prezidenti Aleksandr Çeferin bəzi ölkə komandalarının müxtəlif turnirlərdə üz-üzə gəlməməsinə münasibət bildirib.

Editor.az qol.az-a istinadən xəbər verir ki, o, bunu təhlükəsizlik səbəbindən etdiyini deyib:

“Bizim üçün təhlükəsizlik ən vacib məsələlərdən biridir. Turnirlərimizdən hər hansı biri ilə bağlı qərar verərkən ən birinci təhlükəsizliyi nəzərə alırıq. Rusiya və Ukraynanı, Serbiya və Kosovanı, Ermənistan və Azərbaycanı fərqli qruplara ayırırıq. Hətta İspaniya və Cəbəllütariq də eyni qrupa düşə bilmirlər. Təhlükəsizlik baxımından bu ölkə təmsilçilərinin üz-üzə gəlməsi doğru deyil. Təhlükəsizliklə bağlı suallar və problemlər yarandıqda, milli federasiyalardan təkliflər gəldikdə tədbirlər görürük”.