Ramin Quluzadənin əyləncələri davam edir – “Movida Plaza” da…

16:01 | 10 Oktyabr, 2019

Ramin Quluzadənin əyləncələri davam edir – “Movida Plaza” da… Ölkə prezidenti İlham Əliyevin gənc kadr olaraq etimad göstərib bir başa yüksək posta təyin etdiyi şəxslərdən biri Rabitə və Yüksək Texnologiyaları naziri Ramin Quluzadədədir. Nazir kimi bir gəncin nazir postuna təyinatı məhz İlham Əliyevin təşəbbüsüdür və bu müzakirə mövzusu ola bilməz. Amma di gəl ki, Ramin Quluzadə bu etimadı doğrultmalıdır, bütün işlərində addımlarında dövlətinin, millətinin, vəzifəsinin adına layiq olmalıdır. 

Əmması budur ki, ilk günlərdən Ramin Quluzadənin nazirlikdə apardığı kadr islahatları birmənalı qarşılanmadı. Peşəkar və illərdir bu sahədə çalışan şəxsləri əsasız olaraq vəzifədən uzaqşaldıraraq onların yerinə gənc xanlmlara üstünlük verdi. Bu dəyişikliklər ciddi müzakirə mövzusu olmaqla yanaşı onun şəxsi keyfiyyətlərini də ortaya qoymuş oldu. Əksəriyyət və əsasən ətrafı Ramin Quluzadəni indi nazirdən daha çox “yeyib içən oğlan” kimi tanıyır.

Cənab prezidentin ona göstərdiyi etimadı doğrultmaq, rabitə sistemində sürətli yeniliklər etmək əvəzinə gənc və yaraşıqlı xanımlara üstünlük vermək, hər gün kef məclisləri təşkil etmək normal hal deyil.

Bu günlərdə redaksiyamıza daxil olan eksklüziv fotolarda onun gənc qadınlara qarşı “həssas” davranışını bir daha ortaya qoyur.

Belə ki, nazir Ramin Quluzadə Bakının sayılıb seçilən əyləncə mərkəzi – “Movida Plaza”-da 4 gənc qızın əhatəsində içkili formada görüntülənib. Məlumata görə, bu fotolar Quluzadənin özünə də göndərilib. Amma onun özünə deyil, dövlətə və vəzifəsinə olan hörmətdən bu fotoları insanlara görüntüləmirik. Sadəcə ümid edirik ki, Rabitə və Yüksək Texnologiyaları naziri Ramin Quluzadə də ölkə başçısının ona göstəriyi bu böyük etimadı dərk edəcək və bu işlərdən uzaq dayanacaq

Mənbə: www.faktaz.com