Mafiya lideri, Telman İsmayılov və “Rolls-Royce”… – Video

16:11 | 10 Oktyabr, 2019

Məşhur azərbaycanlı biznesmen Telman İsmayılov Monteneqroda hansı avtomobillə gəzdiyi məlum olub. 

“Yeni Sabah” Unikal.org-a istinadən xəbər verir ki, biznesmen 10-LH-100 Azərbaycan dövlət nömrə nişanlı “Rolls-Royce Phantom” avtomobilində gəzir. Avtomobil oğlu Ələkbər İsmayılovun adınadır.

Qeyd edək ki, T.İsmayılov sözügedən avtomobilini 2010-cu ildə sürmək üçün  Türkiyədən Bakıya təyyarəsi ilə gətirmişdi.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Telman İsmayılov “Rəis” ləqəbli kriminal avtoritet Sedat Pekeri Monteneqroda öz evinə bu avtomobildə aparıb.