Mübariz Qurbanlı: “Bu, piket adı altında törədilən təxribat idi”

16:43 | 10 Oktyabr, 2019

“Bu, piket adı altında törədilən təxribat idi”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədrinin sözlərinə görə, bu hadisə radikal qrupların niyyətinin doğru olmadığını göstərib: “Piketdə icazə alıb orada təxribat törədirsənsə, deməli qanunlara əməl etmirsən. Piketi keçirib şüarlarını səsləndirmək yerinə çağırış edib, qarışıqlıq yaratmaq istəsələr də, istədiklərinə nail ola bilmədilər”. (APA)