Türkiyənin hərbi hissəsi raket zərbəsinə tutuldu: yaralılar var

15:03 | 11 Oktyabr, 2019

Suriyanın şimalındakı Aazzez rayonunda Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi hissə raket atəşinə tutulub.

hadisə nəticəsində 5 türkiyəli hərbçi yaralanıb.

Yaralılar Türkiyə ərazisinə çatdırılıb. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında “Sülh bulağı” adı altında hərbi əməliyyatlara başlayıb.

//Trend