Türkiyə Prezident Administrasiyası: “Türkdilli ölkələrin əməkdaşlığının güclənməsi bütün regionun xeyrinədir”

13:11 | 14 Oktyabr, 2019

Türkdilli ölkələrin əməkdaşlığının güclənməsi bütün regionun xeyrinədir.

Bunu  Türkiyə Prezident Administrasiyasından bildiriblər.

Qeyd olunub ki, bugünkü gün türkdilli ölkələri təkcə tarixi və mədəni köklər yox, həm də bütün regionun inkişafına yönələn ümumi maraqlar bağlayır.

Administrasiyadan bildiriblər ki, Türk Şurasının yaradılması ilə türkdilli ölkələr arasında münasibətlər daha da möhkəmləndi:

“Türkdilli ölkələr əvvəllər olduğu kimi bütün sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, turizm və hərbi sahələrdə münasibətləri inkişaf etdirəcək”.

O da qeyd edilib ki, bu gün türkdilli ölkələr sözün əsl mənasında öz regionlarında iqtisadi və enerji lokomotivinə çevrilir:

“Türkiyə türkdilli ölkələrlə bütün sahələrdə öz təcrübəsini bölüşməyə hazırdır”.

//Trend

Diaspora.az