Bakıda gecə klubunda qızlar müştəriyə görə dava etdi

17:24 | 14 Oktyabr, 2019

Bakıda gecə klubunda gənc qızlar arasında dava düşüb.

Editor.az “report”a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Bül-Bül prospektində yerləşən gecə klubunda baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü N.Qurbanova həmyaşıdı A.Qasımova ilə əlbəyaxa dava edib.

Dava klubdakı müştəri oğlana görə olub.

Hər iki qadın xuliqanlıqda şübhəli bilindikləri üçün Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb

Mövzunu Facebookda şərh et