Türkiyə Fransadan xalla dönür, Ukrayna Avro-2020-də

12:05 | 15 Oktyabr, 2019

Avro-2020-nin seçmə mərhələsində 8-ci turun oyunları davam edir.

Editor.az qol.az-a istinadən xəbər verir ki, bu gün daha 7 görüş keçirilib. Əsas diqqətlər H qrupunda oynanılan Fransa – Türkiyə matçına yönəlib. Qrup lideri olan “ay-ulduzlular” son dünya çempionu ilə səfər matçında xal qazanmağı bacarıb – 1:1.

B qrupunda Portuqaliyanı qəbul edən Ukrayna 2:1 hesabı ilə qalib gələrək Avorpa çempionatının final mərhələsinə vəsiqəni təmin edib.

14 oktyabr

A qrupu

22:45 Bolqarıstan – İngiltərə – 0:6
Qollar:
 Reşford, 7. Barkli, 20, 32. Sterlinq, 45+3, 69. H.Keyn, 85.

22:45 Kosovo – Monteneqro – 2:0
Qollar:
 Rahmani, 10. Muriqi, 34.

1. İngitərə 6 5 0 1 26:6 15
2. Çexiya 6 4 0 2 11:9 12
3. Kosovo 6 3 2 1 12:10 11
4. Monteneqro 7 0 3 4 3:15 3
5. Boqarıstan 7 0 3 4 5:17 3

B qrupu

22:45 Ukrayna – Portuqaliya -2:1
Qollar:
 Yaremçuk, 6 (1:0), Yarmolenko 27 (2:0), Ronaldo, 72-pen. (2:1)

22:45 Litva – Serbiya – 1:2
Qollar
: Kazlauskas, 79 – Mitroviç, 49, 53.

1. Urayna 7 6 1 0 15:2 19
2. Portuqaiya 6 3 2 1 14:6 11
3. Serbiya 6 3 1 2 12:13 10

4. Lüksemburq 6 1 1 4 5:11 4
5. Litva 7 0 1 6 5:19 1

H qrupu

22:45 Fransa – Türkiyə – 1:1
Qolar
: Jiru, 76 (1:0), K.Ayhan, 82 (1:1)

22:45 İslandiya – Andorra – 2:0
Qol:
 Siqurdsson, 38. Siqtorsson, 65.

22:45 Moldova – Albaniya – 0:4
Qollar:
 Çikalleşi, 22. Bare, 34. Traşi, 40. Manay, 90.

1. Türkiyə 8 6 1 1 16:3 19
2. Fransa 8 6 1 1 21:5 19
3. İslandiya 8 5 0 3 12:10 15
4. Albaniya 8 4 0 4 14:10 12
5. Andorra 8 1 0 7 1:16 3
6. Moldova 8 1 0 7 2:22 3