İlham Əliyev: “Nursultan Nazarbayevin Türk Şurasının yaradılmasında böyük xidmətləri var”

13:03 | 15 Oktyabr, 2019
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən dövr ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurlu sədrliyinə görə Qırğızıstan Prezidenti Sooronbay Jeenbekova minnətdarlıq edib.
bu barədə dövlət başçısı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu gün Bakıda keçirilən VII Zirvə Görüşündə bildirib.
Prezident İlham Əliyev Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin Türk Şurasının fəxri sədri statusunda Zirvə Görüşünlə iştirak etdiyini də diqqətə çatdırıb: “Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü və Türk Şurasına üzv ölkələrin prezidentlərinin birgə qərarı ilə Nursultan Nazarbayevə Türk Şurasının fəxri sədri adı verilib. Nursultan Nazarbayevin Türk Dünyasında əlaqələrin inkişafı, Türk Şurasının yaradılmasında böyük xidmətləri var”.
  //APA