Tramp 63 türk əsgərinin qatili ilə görüşdü – Şok iddia

14:00 | 15 Oktyabr, 2019
YPG-PKK terror qruplaşmasının liderlərindən sayılan “Şahin Cilo” kod adlı Fərhad Abdinin ABŞ Prezidenti Donald Trampla görüşdüyü ortaya çıxıb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens danışıb.
Türkiyəli təhlükəsizlik eksperti Abdullah Ağar da Şahin Cilonun Donald Trampla görüşdürüldüyünü təsdiqləyib.
“41 dinc sakinin can verdiyi, 341 nəfərin yaralandığı Ank-Qumrular, Qaziantep, Güngörən, Antalya, Quşadası qətliamları və 63 əsgərimizin şəhadətinə görə məsuliyyət daşıyan (başına 4 milyon qoyulub- qırmızı siyahı) Şahin Cilo adlı əliqanlı terrorçu ilə Trampı görüşdürüblər”, – Ağar deyib.