“Min kilometrlik ərazi terrorçulardan təmizlənib” – Ərdoğan

14:59 | 15 Oktyabr, 2019

Min kilometrlik ərazi terrorçulardan təmizlənib.

Editor.az haberler-ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Dünya Türk Biznes Şurasının (Dünya Türk İş Konseyi – DTİK) iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyənin Suriyada keçirdiyi “Sülh bulağı” əməliyyatı uğurla davam etdirilir. Ölkə başçısının dediyinə görə, 1000 kilometrlik ərazi terrorçulardan azad edilib.

“Oktaybr ayının 9-da çox vacib addım atdıq. Birinci məqsədimiz PKK/YPG qaynaqlı terror təhdidini aradan qaldırmaq, ikincisi isə qonaq etdiyimiz suriyalı ərəblərin ölkələrinə qayıtmalarını təşkil etməkdir. Bu gün əməliyyatın 7-ci günündəyik. Əməliyyat uğurla davam etdirilir. Bu gün səhər təxminən 1000 kilometrlik ərazini terrorçulardan azad etdik”.