“İndi tam “yahşi” oldu” – Ərdoğan Bakı səfərindən sonra

12:11 | 16 Oktyabr, 2019
14-15 oktyabrda Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII sammitində iştirak etdikdən sonra Türkiyəyə qayıdan Prezident Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ərdoğan zirvə görüşünün 10-cu  ildönümünün ən önəmli hadisələrindən  biri kimi Özbəkistanın TDƏŞ-ə tam üzv olmağını göstərib.
“Hazırda üzv sayı 5 oldu. Ona görə də mən də “iki dövlət, bir millət” ifadəsinə yenisini əlavə etmişəm. İndi “beş dövlət, bir millət” olduq. Əgər Türkmənistan da qatılarsa, o zaman “altı dövlət, bir millət” olacağıq. İndi tam “yahşi” oldu”, – Ərdoğan vurğulayıb.
Qeyd edək ki, KİV nümayəndələri arasında Türkiyədə yaşayıb-fəaliyyət göstərən tanınmış jurnalist Sevil Nuriyeva da olub.