Əfqanıstanda terror: 2 hərbçi öldü, 26-sı yaralandı

12:18 | 16 Oktyabr, 2019

Əfqanıstanın Laqman əyalətində minalanmış yük maşınının partlaması nəticəsində 2 hərbi qulluqçu həlak olub, daha 26 nəfər yaralanıb.

partlayış polis binasının yaxınlığında baş verib.

Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

//Trend