Bakı-Quba yolunda sürücülər dava edib – Xəsarət alanlar var

13:33 | 16 Oktyabr, 2019
Bakı-Quba yolunda avtomobillərlə qəza vəziyyəti yaradan sürücülər dava edib.
Editor.az “report”a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun 23-cü kilometrliyində baş verib.
Belə ki, Sumqayıt şəhər sakini Təbriz Fərzəliyevlə 1995-ci il təvəllüdlü Orxan Məmmədquliyev idarə etdikləri avtomobillərlə bir-birinə qəza şəraiti yaradıblar.
Daha sonra hər iki sürücü avtomobillərindən düşərək dava edib, bir-birinə xəsarət yetirib.
Hadisə yerinə polis əməkdaşları gəlib, T.Fərzəliyevlə O.Məmmədquliyev saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.