İtaliya millisi 80 il sonra rekordunu təzələdi

15:37 | 16 Oktyabr, 2019
İtaliya millisi AÇ-2020-nin seçmə mərhələsində Lixtenşteyni 5:0 hesabıyla məğlub edib.
Editor.az komanda.az-a istinadən xəbər verir ki, sözügedən qarşılaşmada İtaliya millisi əvvəlki rekordunu təzələyib.
Belə ki, Roberto Mançininin rəhbərlik etdiyi kollektiv ardıcıl 9 oyundur ki, qələbə qazanır. İtaliya yığmasının qalibiyyət seriyası 2018-ci ilin martında ABŞ-la oyundan (1:0) başlayıb.
İtaliya millisi sonuncu dəfə 1938-1939-cu illərdə ardıcıl 9 qələbə qazanmışdı.
İtaliya yığması AÇ-2020-nin seçmə mərhələsində yer aldığı J qrupunda 24 xalla liderdir.