“Qızlara ləkə yaxan vicdansız, rüşvətxor…” – Tolikdən sərt sözlər

15:00 | 16 Oktyabr, 2019

Tanınmış teleaparıcı, prodüsser Tarix Əliyev (Tolik) “Elina işi”ndə təqsirli bilinən direktor Sevinc Abbasovanın görüntülərini paylaşıb. 

“Yeni Sabah” xəbər verir ki, Tolik onunla bağlı sərt fikirlər səsləndirərək lənət oxuyub:

“Bunun ən böyük cəzasını Allah o dünyada verəcək! Bununla əlbir olan, o qızın ölümündə kimin təqsiri varsa, Allah hamısının bəlasını versin, inşallah. Balaca qızlara ləkə yaxan vicdansız, rüşvətxor, pulgir məxluqlar! İnşallah, illərlə yediyiniz haram pullar laxta qan olub burnunuzdan gələr!”

Qeyd edək ki, Səbail rayon Məhkəməsində Elina Hacıyevanın ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi davam etdirilib. Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında S.Abbasovanın ev dustaqlığı müddəti nəzər alınmaqla 2 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılmasını istəyib.