ŞOK rəqəmlər: dünyada hər gün 15 mindən artıq uşaq ölür – SƏBƏB?

15:25 | 17 Oktyabr, 2019
Hər gün dünyada 5 yaşa qədər olan 15 mindən artıq uşaq ölür.
Editor.az “sciencesetavenir.fr” saytına istinadən xəbər verir ki, “Nature” jurnalı bu məsələyə dair geniş araşdırma aparıb. Araşdırmada qeyd olunur ki, 2000-2017-ci illər ərzində 99 ölkədən 123 milyon uşaq qayğısızlıqdan, keyfiyyətsiz qidalardan  və aclıqdan dünyasını dəyişib.
Ölənlərin 90 faizi 0 -5 yaş aralığında olanlardır.
2018-ci ildə isə bu rəqəm 7 milyon artaraq 130 milyona çatıb. Yaşa görə, körpələrin ölüm səbəbləri dəyişir. 1 yaşdan az olan olan körpələrin çoxu vaxtından əvvəl doğulduğu üçün ölü, 2-4 yaşlı uşaqlar malyariya, ishal xəstəlikləri və respiratuar infeksiyardan dünyasını dəyişirlər.
Bundan başqa, dünyadakı aclıq, səfalət, uşaq hüquqlarının kobud şəkildə pozulması və sosial, siyasi ədalətsizliklər nəticəsində də xeyli sayda uşaq ölür.