Əlabbas Məhərrəmli: “Bu, qarşıdakı Bələdiyyə və Parlament seckilərində gənclərin fəal iştirakına təkan verəcək”

17:51 | 17 Oktyabr, 2019

“Cənab prezident keçirdiyi son iqtisadi müşavirədə iqtidarda olan bəzi məmurların islahatlara qarşı çıxdıqlarını açıq mətnlə səsləndirib”.

Bu sözləri Editor.Az-a açıqlamasında siyasi ekspert Əlabbas Məhərrəmli deyib.

Ekspert bildirib ki, ölkə başçısının məlum çıxışından bir daha bəlli olur ki, həqiqətən də islahatlara mane olmaq və kölgə salmaq istəyən səlahiyyətlilər var:

“Bu, çox ciddi mesajdır. Xalq siyasi, iqtisadi, sosial islahatlarda ölkə başçısına dəstək olmalıdır. Bu islahatlara kölgə salan məmurlar mütləq şəkildə ictimai qınaqla üzləşməlidirlər. Deyilən sözdən hər məmur öz payını götürməlidir.

Cənab Prezidentin Baş nazirə gənc, müasir yeni kadrlarla işləmək tapşırığı verməsini bu islahatların dönməz xarakter alması kimi qiymətləndirmək lazımdır”.

Əlabbas Məhərrəmli hesab edir ki, belə hallar seckili orqanların işində də bir canlanma yaradacaq. Onun sözlərinə görə, islahatlar qarşıdakı Bələdiyyə və 1 ildən az vaxt qalmiş Parlament seckilərində gənclərin fəal iştirakına təkan verəcək.