Səhiyyə Nazirliyi: “Lökbatanda küçəyə atılmış uşağın vəziyyəti ağırdır”

12:59 | 18 Oktyabr, 2019

Lökbatan qəsəbəsi ərazisində küçəyə atılmış birgünlük oğlan uşağının vəziyyəti ağır qiymətləndirilir.

Editor.az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, uşaq hipotermik vəziyyətdə (34 dərəcə istiliklə) Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilib:

“Uşağın vəziyyəti ağır olub. Onun qanı təmizlənib və bütün tibbi yardımlar göstərilib. Hazırda vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisə barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb”.