Ya rədd olub gedəcəklər, ya da… – Yıldırım

13:23 | 20 Oktyabr, 2019

Bilirsiniz, 120 saat müddət verdik. Ya rədd olub gedəcəklər, ya da layiq olduqları cəzanı alacaqlar.

Editor.az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Türkiyə Böyük Millət Məclisinin keçmiş spikeri Binəli Yıldırım çıxış edib.

“Türkiyənin təhlükəsizliyini, əmin-amanlığını, qardaşlığını pozmağa çalışan separatçı alçaq terror təşkilatı 35 il ərzində İraqda başımızın bəlası olub, orada – Qəndildə uğur əldə edə bilmədikdə, bu səfər dost bildiyimiz müttəfiqlərimizi də yanına alaraq, Suriyada bir şər yuvası yaratmaq üçün hərəkətə keçdilər”, – B.Yıldırım vurğulayıb.

Qeyd edək ki, 17 oktyabrda ABŞ-la Türkiyə arasında “Sülh çeşməsi” əməliyyatının 120 saatlıq dayandırılması barədə razılıq əldə edilib. ABŞ bu müddətdə təhlükəsizlik bölgəsindən YPG qüvvələrinin geri çəkilməsini öz üzərinə götürüb.